zelzele 2 900x600 1

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonunda zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələ ocağı 6 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal, ətraf yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.

Hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.

Paylaş: