6966ac1e621d26966ac1e621d317683364146966ac1e621d06966ac1e621d1 8

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ilə bağlı vaxtaşırı irad və tənqid səsləndirilir. Bildirilir ki, sərnişinlər gömrük postundan keçərkən lazımsız yoxlamalara məruz qalır. İradlar əsasən Heydər Əliyev adına Beynəlxalq Hava Limanının gömrük xidməti ilə bağlıdır. 

Xarici ölkələrin hava limanlarındakı “Duty Free”dən alınan müxtəlif mallar müsadirə edilir. Bəzən iki blok siqaret, yaxud bir ətir, kiçik bir aksesuar belə gömrük işçilərinin gözündə həddən artıq böyük görünür və sərnişinlər saatlarla yoxlamalara, sorğu-suala məruz qalır.

Globalinfo.az xəbər verir ki, bu yoxlamalara məruz qalanların etirazları dəfələrlə ictimailəşib, mediaya çıxıb, hətta hava limanında buna görə ciddi mübahisələr yaşanıb, amma hələ də tədbir görülmür.

Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu aparıcısı olduğu son verilişlərdən birində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının rəftarı ilə bağlı şahid olduğu hadisə barədə danışıb. Məsələ ilə bağlı o, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova müraciət edib.

Videonu təqdim edirik:

Paylaş: