owl detail 620 792cd2403429daebe778551a3c9dc88d

Britaniyanın vəliəhd şahzadəsi Uilyamın Vindzor Qreyt Parkdakı yeni malikanəsinin ərazisində elektrikli skuter sürməsi qadağan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Nəşr yazır ki, şahzadənin ailəsinin Berkşir mülkünün geniş ərazisində yerləşən siyahıya alınmış “Forest Lodge” binasına köçdüyü deyilir.

Parkın qaydalarında təhlükəsizlik və hərəkətliliyin maneəsiz təmin edilməsi məqsədilə ərazidə skuter sürülməsinin qadağan edildiyi bildirilir. Lakin Uiliyamın ən çox istifadə etdiyi nəqliyyat vasitəsi skuter olduğu üçün belə bir qadağanın tətbiqi maraqla qarşılanıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: