Suriya ordusu Rakka vilayətinin Dibsi Afnan qəsəbəsini nəzarətə götürüb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Suriya ordusunun Əməliyyatlar İdarəsi məlumat verib.
Bildirilib ki, Fərat çayının qərbindəki YPG/SDQ terror təşkilatının üzvlərini bölgədən çıxarmaq məqsədilə hərəkətə keçən Suriya ordusu strateji əhəmiyyətə malik Təbqə şəhəri istiqamətində irəliləyir.
Vurğulanıb ki, Suriya ordusu səhər saatlarında Hələb ətrafındakı Hümeymə kəndinə daxil olmaq üçün irəliləyib, ilk bölmələr isə Deyr Hafirdən başlayaraq Fərat çayının qərbində yerləşən ərazilərə daxil olub.
Xatırladaq ki, Suriya ordusu daha əvvəl Hələb ətrafında həyata keçirilən əməliyyatlar çərçivəsində 34 kəndin nəzarətə götürüldüyünü, 200-dən çox YPG/SDQ üzvünün silahları ilə birlikdə təhlükəsiz şəkildə keçidinə icazə verildiyini açıqlamışdı.
***12:27
Suriya Ordusu artıq Hələbin şərq ətrafındakı Deir Hafir bölgəsində yerləşməyə başlayıb.
Globalinfo.az bildirir ki, APA-nın SANA agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya Ordusunun Komandanlığı açıqlama yayıb.
“Biz Alepponun şərq ətrafındakı Deir Hafir şəhərində hərbi nəzarətimizin tam təmin olunduğunu elan edirik”, – Suriya Ordusunun Əməliyyatlar Komandanlığı bildirib.
Komandanlıq əlavə edib ki, hazırda ordunun əsas vəzifəsi şəhərin təhlükəsizliyini təmin etmək, habelə minalar və partlamamış sursatlardan təmizləməkdir.
Eyni zamanda, ordunun Maskanah və Dibsi Afnan bölgələrinə irəliləməyə başladığı qeyd olunub.
***11:00
Suriya ordusu Hələb şəhərində terror təşkilatı YPG-SDQ-yə qarşı əməliyyat keçirib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar zamanı Deyr Hafir-Meskene xətti boyunca terrorçulara məxsus müəyyən edilmiş hədəflər atəşə tutulub.
Bundan sonra YPG-SDQ lideri Fərhad Abdi Şahin Hələbdən çıxacaqları ilə bağlı açıqlama yayıb.