Samvel Karapetyan

Erməni əsilli rusiyalı biznesmen Samvel Karapetyan barəsində ötən gün verilən həbs qərarı dəyişdirilib. 

Globalinfo.az xəbər verir ki, bunu onun vəkili Aram Vardevanyan açıqlayıb.

Məlumata görə, Karapetyanın həbsi ilə bağlı vəsatət rədd edilib və o, ev dustaqlığına buraxılıb.

Vəkil həmçinin Karapetyanın bütün ictimai çıxışlarına qoyulan qadağanın da aradan qaldırıldığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: