lukasenko 1

Belarus Silahlı Qüvvələrində genişmiqyaslı yoxlama başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.

“Belarus Prezidenti Aleksandr Lukaşenkonun göstərişi ilə silahlı qüvvələrdə genişmiqyaslı yoxlama başlanıb. Bu, qəfil xarakter daşıyır”, – deyə o bildirib.

Belarus Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, hərtərəfli araşdırma bir neçə mərhələdən ibarət olacaq.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: