img 9388

Ukraynada Prezidenti Volodimir Zelenski ilə korrupsiya istintaqının mərkəzində olan iş adamı Timur Mindiç arasında qeyri-rəsmi əlaqələrin mövcudluğu təsdiqlənib.

Globalinfo.az xəbər verir ki, bu barədə açıqlama Ali Radanın korrupsiyaya qarşı mübarizə siyasəti üzrə xüsusi komissiyasının iclasında səsləndirilib.

Keçmiş baş nazirin müavini və sabiq milli birlik naziri Aleksiy Çernışov ifadəsində Zelenskinin ad gününün Timur Mindiçin mənzilində qeyd olunduğunu etiraf edib. Məlumatı xalq deputatı Aleksey Qonçarenko öz Teleqram kanalında yayıb.

“Çernışov Zelenskinin Timur Mindiçin mənzilində keçirilən ad günü məclisində iştirak etdiyini təsdiqlədi”, — deputat bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: