Donald Tramp bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin nizamlanmasına dair prosesi uzadır.
Globalinfo.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk “X” sosial şəbəkə hesabında ABŞ Prezidentinin bu fikirlərinə reaksiya verib.
O, Zelenskinin prosesi uzatması ilə bağlı fikirlərlə qəti şəkildə razılaşmadığını bildirib.
Tuskun sözlərinə görə, ABŞ tərəfindən hazırlanan sülh planını rədd edən tərəf Ukrayna yox, məhz Rusiyadır. O vurğulayıb ki, Rusiyanın diplomatik təşəbbüslərə cavabı Ukrayna ərazisinə endirilən zərbələr olub.
“Buna görə də yeganə çıxış yolu Rusiyaya təzyiqin artırılmasıdır. Siz bunu hamınız çox yaxşı bilirsiniz”, – deyə Polşa hökumətinin başçısı vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az