ABŞ-ın Minneapolis şəhərində yanvarın 7-də İmmiqrasiya və Gömrük Xidməti əməkdaşının 37 yaşlı Rene Qudu güllələməsindən sonra kütləvi etirazlar başlayıb və bir həftədən çoxdur davam edir.
Globalinfo.az xəbər verir ki, hadisə zamanı qadın polis üçün təhlükə yaratmayıb.
Minnesota ştatının qubernatoru Tim Uolts federal agentləri hazırlıqsız və zorakılıqda ittiham edərək, onların sənəd yoxlamalarını evlərdə, məktəblərdə və ictimai yerlərdə apardıqlarını bildirib.
Etirazlar artıq New York və Filadelfiya kimi digər şəhərlərə də yayılıb.
Minneapolis şəhər şurası İmmiqrasiya və Gömrük Xidməti agentlərinin şəhərdən çıxarılmasını tələb etsə də, Vaşinqton bölgəyə əlavə qüvvələr göndərib. Toqquşmalar zamanı gözyaşardıcı qaz və digər vasitələrdən istifadə olunur.
Donald Trump administrasiyası İmmiqrasiya və Gömrük Xidməti əməkdaşlarını müdafiə edir. Vitse-prezident J.D. Vens miqrantlara qarşı əməliyyatların bütün ölkəni əhatə edəcəyini açıqlayıb. Hadisədən sonra Trampın reytinqi azalıb, cəmiyyət isə kəskin şəkildə parçalanıb. Analitiklər siyasi nəticələrin noyabrda keçiriləcək Konqresə aralıq seçkilərində özünü göstərəcəyini bildirirlər.
Əliyar Xəlil