SHolts

Sabiq kansler Olaf Şolts öz hakimiyyəti dövründə Ukraynaya alman silahlarının çatdırılması ilə bağlı aparılan müzakirələri gülməli adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Die Welt” nəşri məlumat yayıb.

Şoltsun sözlərinə görə, bu cür tənqidlər reallıqla üst-üstə düşmür. Çünki Almaniya faktiki olaraq genişmiqyaslı silah təchizatını təşkil etmişdi. O, qərarların beynəlxalq gərginlik şəraitində qəbul edilməsinin çətinliyinin nəzərə alınmadığını vurğulayıb.

Sabiq kansler bildirib ki, Berlin hər addımını Rusiya tərəfinin mümkün reaksiyasını nəzərə alaraq atmalı olurdu. Onun fikrincə, bu, harada dayanmaq lazım olduğunu və təhlükəli həddi keçməmək üçün nə qədər irəliləməyin mümkünlüyünü yoxlamaq üçün bir sınaq idi.

Şolts əlavə edib ki, belə vəziyyətlərdə universal qaydalar və ya təlimat kitabçaları olmur. Belə qərarlar yalnız məsuliyyət hissi və risklərin fərdi dərk edilməsi əsasında qəbul edilir. Onları nə Bundesverdə, nə də hansısa dərslikdə öyrənmək mümkün deyil.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: