Türkiyəli hakerlər “Charlie Hebdo” nəşrinin saytına hücum ediblər.
Globalinfo.az xəbər verir ki, fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələni ələ salan Fransanın “Charlie Hebdo” nəşrinin internet saytına müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün fotosu yerləşdirilib.
Sayta daxil olanlar Atatürkün fotosunu görməklə yanaşı, Türkiyənin hərbi marşını da dinləyiblər.
Saytı həkləyən 20 yaşlı tük gənc Yusuf Devran Karaçay fransız karikaturaçılara mesajını da buraxıb:
“Mən Devran Karaçay, türk gənciyəm, heç birinizdən qorxum yoxdur. Siz lağ edə bilməzsiniz, ancaq gülüş obyekti ola bilərsiniz”.














