1620297122 absordusu123 1

ABŞ-ın yaxın 96 saat ərzində İrana qarşı mümkün hərbi əməliyyat planlaşdırdığı iddia edilir. 

Globaıinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Yaxın Şərqdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, potensial hədəflər sırasında İrandakı hərbi və təhlükəsizlik obyektləri ola bilər.

Burada xüsusən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahı, eləcə də ölkənin müxtəlif bölgələrində yerləşən Bəsic qüvvələrinə məxsus bazalar göstərilir.

Zərbələrin qanadlı raketlərdən istifadə edilməklə həyata keçirilməsi ehtimal olunur. Bununla yanaşı, mənbələr əməliyyatla bağlı yekun qərarın hələ verilmədiyini vurğulayır.

Bu iddialar ABŞ prezidenti Donald Trampın İranda davam edən etirazlarla bağlı çağırışından bir neçə saat sonra səsləndirilib. Tramp etirazçıları aksiyaları davam etdirməyə çağıraraq “kömək yoldadır” ifadəsini işlədib. O, həmçinin, qətllər dayandırılana qədər İran rəsmiləri ilə bütün görüşlərin ləğv edildiyini bəyan edib.

Qeyd edək ki, dünəndən ABŞ-a məxsus təyyarələr İran yaxınlığında uçuşlar həyata keçirir. Tramp isə bu gün İran xalqını hökumət binalarını dağıtmağa çağırıb.

Tahir Turan

Globalinfo.az

Paylaş: