Elektrik və istilik kəsintilərinə səbəb olan enerji böhranı fonunda Kiyev sakinlərinin Ukrayna paytaxtından təxliyə edilməsi ehtimalı istisna edilmir.
Globalinfo.az xəbər vetir ki, bu barədə Ali Radanın deputatı Boqdan Kitsak Vechir “LIVE” efirində çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, genişmiqyaslı elektrik kəsintilərinin yaşayış məntəqələrinin mühəndis və enerji şəbəkələrində ciddi qəzalar yaratmaq riski yaranarsa, hakimiyyət orqanları bu addımı atmağa məcbur qala bilər.
Deputat qeyd edib ki, hazırda Kiyev sakinləri arasında bu cür ssenarilərin müzakirə olunub-olunmadığı barədə dəqiq məlumat yoxdur. Bununla yanaşı, o, yanvarın 14-də keçiriləcək Kiyev Şəhər Şurasının iclasında mümkün fəsadların qarşısını almaq və ehtimal olunan təxliyə planlarının hazırlanması üçün maliyyə vəsaitinin ayrılacağına ümid etdiyini bildirib.
Tahir Turan