ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2027-cı il üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.
Globalinfo.az “APA-Economics”ə istinadla xəbər verir ki, bu barədə EIA-nın aylıq hesabatında yer alıb.
Hesabata əsasən, 2027-ci ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 540 min barel səviyyəsində olacaq.
Qeyd olunur ki, Azərbaycanda qeyd oluna göstərici 2025-ci ildə 570 min barel təşkil edib (proqnoza uyğun).
EIA-nın ehtimalına görə, 2026-cı ildə ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 540 min barel təşkil edəcək (proqnoz dəyişməyib).
Hesabatda göstərilir ki, 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 600 min barel olub.