ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem Prezident Donald Trampın iranlı etirazçılara dəstək vədi ilə bağlı paylaşımına reaksiya verib.
Globalinfo.az-ın xəbərinə görə, Qrem bildirib ki, İranın ali rəhbəri Əli Xameneinin rəhbərlik etdiyi rejim bütün “qırmızı xətləri” tapdalayıb və beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır.
Onun sözlərinə görə, ayətullah rejiminə həlledici zərbə iranlı etirazçıların cəsarəti və Tramp administrasiyasının qətiyyətli addımlarının birləşməsi olacaq.
Senator vurğulayıb ki, söhbət quru qoşunlarının yeridilməsindən yox, rejimin repressiyalarına rəvac verən infrastrukturun hərbi, kiber və psixoloji vasitələrlə məhv edilməsindən gedir.
Daha sonra Qrem İranda öldürülən etirazçıların görüntülərini paylaşaraq videonu mühacirətdə olan İranın vəliəhd şahzadəsi Rza Pəhləvinin komandası vasitəsilə aldığını bildirib. O, həlak olanları “azadlıq uğrunda həyatını qurban verən cəsur insanlar” adlandırıb.
Əliyar Xəlil