Hatayda bu axşam baş vermiş zəlzələdə üç nəfər ölüb, 213 nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, yaralılar xəstəxanaya aparılıb.
Hazırda dağıntıların olduğu üç ərazidə axtarış-xilasetmə işləri davam edir.
***22:37
Xəbər verdiyimiz kimi, Türkiyənin Hatay vilayətində baş verən iki güclü zəlzədən sonra bəzi binalarda dağıntılar meydana gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Hatay Belediyesinin rəhbəri Lütfü Savaş bildirib.
“Bəzi binalar dağılıb. Təəssüf ki, dağıntı altında qalanlar var”,- deyə o qeyd edib.
Lütfi Savaş əhalini binalardan və sahildən uzaq olmağa çağırıb.
Jurnalist Fulya Öztürk isə zəlzələ zamanı bir nəfərin öldüyü, 4 nəfərin dağıntılar altında qaldığını bildirib. Onun sözlərinə görə, bir nəfər xilas edilib.
“Dağıntılar altında daha çox insan var, bu, hələlik, məlum olanlardır”, – o qeyd edib.
Qeyd edək ki, yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ olub. Saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib. Bu zəlzələlərdən 15 dəqiqə sonra 5 baldan yuxarı daha iki zəlzələ daha olub.














