oktay kaynarca

Türkiyəli aktyor Oktay Kaynarcanın ölkədən çıxışına qadağa qoyulub.

Globalinfo.az xəbər verir ki, məşhurlara yönəlmiş narkotik istintaqı çərçivəsində səhər saatlarında saxlanılan aktrisa və müğənni Emel Müftüoğlu ilə aktyor Oktay Kaynarca, ölkədən çıxışlarına qadağa tətbiq olunmaqla azadlığa buraxılıblar.

Qeyd edək ki, aktyorun vəkili onun ev dustaqlığına buraxılması tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə isə onun ölkədən çıxışına qadağa qoymaqla sərbəst buraxıb.

***19:18

Türkiyəli tanınmış aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılıb.

Globalinfo.az xəbər verir ki, onlar məşhurlara yönəlmiş narkotik istintaqı çərçivəsində səhər saatlarında saxlanılıblar.

Qeyd edək ki, aktyor saxlanılması ilə bağlı qısa açıqlama verərək, uzun illərdir narkotiklə mübarizə apardığını və bu cür əməliyyatları dəstəklədiyini bildirib.

***12:47

İstanbul Baş Prokurorluğu məşhurları hədəf alan narkotik istintaqının beşinci dalğasını həyata keçirib.

Globalinfo.az xəbər verir ki, əməliyyat çərçivəsində Oktay Kaynarca və Emel Müftüoğlu da daxil olmaqla altı şübhəli saxlanılıb.

“Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkaya da nəzarətə götürülüb. Məşhur şəxslərin aşağıdakı cinayətlərdən birini və ya bir neçəsini törətdikləri iddiası ilə həbs qərarı verilib.

Narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsi üçün saxlanması” , “Narkotik istifadəsinə kömək etmə”, “Kimisə fahişəliyə təhrik etmə” , “Fahişəliyə kömək etmə və ya vasitəçi kimi fəaliyyət göstərmə və ya fahişəlik üçün yer təmin etmə” və “Qumar oynamaq üçün yer və vasitə təmin etmək”, – deyə Türkiyə mediası yazıb.

Günel Cəlil
Globalinfo.az

Paylaş: