pJG7e8GFpGzN

ABŞ-da fəaliyyət göstərən iranlı fəalların təşkilatı son 15 gün ərzində etiraz aksiyaları zamanı 544 nəfərin həlak olduğunu açıqlayıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə İnsan Hüquqları Xəbər Agentliyi məlumat yayıb.

“Təşkilatın məlumatına görə, azı 10 061 nəfər saxlanılıb. Etirazlar isə ölkənin 31 vilayətinin 186 şəhərində, ümumilikdə 585 məkanda baş verib”, – deyə bildirilib.

Qeyd olunub ki, bu rəqəmləri dəqiq yoxlamaq mümkün deyil:

“Çünki ölkədə internetin kəsilməsi səbəbindən əldə olunan məlumatlar ciddi şəkildə məhdudlaşdırılıb”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: