“ABŞ Prezidenti Donald Tramp Qrenlandiyaya hücum etmək qərarına gələrsə və orduya bunu etmək əmri verərsə, bu yerinə yetirilməməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Demokrat konqresmen Ted Lieu deyib.
O xatırladıb ki, sözügedən ada ABŞ-ın NATO-dakı müttəfiqi Danimarkanın bir hissəsidir.
Lyu vurğulayıb ki, Ağ Ev rəhbərinin Konqresin təsdiqi olmadan Qrenlandiyaya hücum əmri verməsi qanunsuz olardı:
“Bu qanunsuz əmrə tabe olmayacaqsınız. Trampa yox, Konstitusiyaya and içmisiniz”, – deyə Liu bildirib.
Safura Bənnayeva
Globalinfo.az