protest in iran december 2025 specialeurasia

Avropa Komissiyasının sədri Ursula fon der Leyen İranda etiraz edən insanlara dəstəyini ifadə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

Fon der Leyen bildirib ki, Tehranda və digər şəhərlərdə azadlıq tələb edən iranlı qadın və kişilərin səsləri eşidilir. Onlar danışmaq, toplaşmaq, səyahət etmək və sərbəst yaşamaq hüququ uğrunda mübarizə aparırlar.

O qeyd edib ki, Avropa bu insanları tam dəstəkləyir və qanuni etirazların amansız şəkildə boğulmasını qəti şəkildə pisləyir.

Fon der Leyen etirazlarda saxlanılanların dərhal azadlığa buraxılmasına, internetə tam çıxışın bərpa olunmasına və əsas insan hüquqlarına riayət edilməsinə çağırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: