ABŞ Venesuela Prezidenti Nikolas Maduroya ölkədə hərbi əməliyyat başlamazdan əvvəl dünyanın istənilən yerinə səfər etmək imkanı təklif edib.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT Haber” kanalına müsahibəsində bildirib.
“Yəni onun üçün sülh yolu və təhlükəsiz çıxış variantı olması nəzərdə tutulubmuş”, – XİN rəsmisi deyib.
Fidan vurğulayıb ki, Ankara Maduro və ya başqa bir ölkədən onu qəbul etmək üçün rəsmi müraciət almayıb.
Qeyd edək ki, yanvarın 3-də ABŞ ordusu Venesuelaya bir sıra hava hücumları təşkil edib. Daha sonra Nikolas Maduro və həyat yoldaşını həbs edib.
Tahir Turan
Globalinfo.az