İran məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhsəni-Ejei iğtişaşlarda iştirak edənləri cəzalandıracağına söz verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi dövlət televiziyasına istinadən məlumat yayıb.
Nəşrdə iğtişaş törədənlərə və iştirakçılarına qarşı cəzanın qanuna uyğun olaraq qətiyyətli, maksimum və heç bir güzəşt olmadan tətbiq olunacağı bildirilir.
Bundan əvvəl İslam Respublikasının Ali Lideri Ayətullah Əli Xamenei qeyd edib ki, ABŞ rəsmilərinin İrandakı etirazlarda birbaşa marağı var.
Əliyar Xəlil
Globalinfo.az