“ABŞ Prezidenti Co Baydenin Ukraynaya gözlənilmədən səfəri, Kiyevə sarsılmaz siyasi-hərbi dəstəyin verilməsidir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazədə ABŞ Prezidenti Co Baydenin gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər etməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Co Baydenin Ukraynaya səfəri üç əsas məqamı özündə əks etdirir:
“Birincisi, ABŞ Ukraynaya siyasi – hərbi dəstəyi davam etdirəcək. Bura ağır silahlar və aviasiya da daxildir.
İkincisi, Avropanı tam olaraq Ukraynaya dəstək verməyə sövq etmək.
Üçüncüsü, Ukrayna axıra kimi gedərək Krımı da işğaldan azad edəcək.
Müharibənin taleyi bundan sonra bəlli olacaq. Qeyd edim ki, Rusiya Prezidenti Vladimir Putinin də Federasiya Şurasına müraciəti olacaq. Məhz Bayden Putini qabaqlayaraq onun Ukrayna barədə strategiyasında ABŞ-ı tam görəcəyi mesajını verdi.
Bu səfər Moskva üçün arzuolunmazdır və Kreml bu səfəri gözləmirdi”.
Turan Rzayev