ABŞ Nümayəndələr Palatasının Texas ştatından olan konqresmen Pat Fallon İranın ali rəhbəri Əli Xameneiyə səslənib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.
Fallon bildirib ki, Xamenei və onun yaxınlarının İranı tərk etmələri üçün hələ fürsətləri var.
“İran xalqının Ayətullahın dini zülmündən azad bir hakimiyyətə haqqı var” – deyə konqresmen qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az