bhr

Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Namiq İslamzadə ilə birlikdə tədbir keçirərək hərbi qulluqçularla görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş zamanı hərbi prokuror Hərbi Hava Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki peşəkarlığından, hazırkı dövrdə HHQ-nin əhəmiyyətindən bəhs edib.

Vurğulanıb ki, hərbi qulluqçuların fiziki hazırlığı ilə yanaşı, nəzəri biliklərinin artırılması, yeni texnikaların mənimsənilərək peşəkarlıqla idarə olunması, habelə bu sahədə uğur qazanmaq üçün nizam-intizamın yüksək səviyyədə olması tələb edilir.

Hərbi qulluqçular Ali Baş Komandan İlham Əliyev tərəfindən yaradılan şəraitə görə razılıqlarını bildirib, gələcəkdə də onların qarşısında qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəklərini qeyd ediblər.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətlərində uğurlar arzulanıb.

93512653 8f92 4397 b482 928cc8fc287d
364a50a6 0da4 4795 af25 4a19585062e1

Paylaş: