İran mediasının yaydığı məluamata görə, ölkədə davam edən etirazlara Ərdəbil və Təbriz şəhərlərinin əhalisi də qoşulub.
Şəhərdə bəzi mağazalar sahibləri və işçilər tətil edərək etirazlara başlayıblar.
Sahibkarların bu addımı ölkədə artıq 12 gündür davam edən sosial və iqtisadi narazılıqların göstəricisi kimi dəyərləndirilir.
***11:21
“Aydın şüarları və tarixi tələbləri ilə Güney Azərbaycan İranda davam edən proseslərdə mübarizənin ön cəbhəsində dayanır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
“Ötən əsrin təcrübəsi göstərdi ki, Azərbaycan milləti nə keçmişin avtoritar nizamını təkrar qəbul edir, nə də xalqı ayrı-seçkilik və mərkəzçi layihələr çərçivəsində məhdudlaşdırmaq mümkündür.
Bu gün Güney Azərbaycanın bəzi bölgələrində diktaturaya və müstəmləkəçiliyə qarşı etirazlar və tətillər başlayıb. Şübhəsiz ki, Güney Azərbaycan bu günə qədər rejimi dəstəkləmək üçün deyil, tarixdəki mürtəce cərəyanları rədd etmək üçün səbir göstərib.
Lakin türk milləti artıq səbri məqbul hesab etmir və mübarizənin ön cəbhəsində, tələbləri üçün rejimə qarşı açıq şəkildə şüarlarla çıxış edəcək.
Güney Azərbaycanın fundamental şüarları, xüsusən də “Azadlıq, Ədalət, Milli Hökumət” müstəmləkəçiliyin aradan qaldırılmasını və şüurlu siyasi iradəni əks etdirir”, – məlumatda qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az