ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları gücləndirən qanun layihəsinin hazırlanmasını dəstəkləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Respublikaçı senator Lindsi Qrem məlumat yayıb.
O bildirib ki, Tramp artıq sözügedən qərara “yaşıl işıq” yandırıb:
“Bu qanun layihəsi Prezident Trampa Putinin müharibə maşınını yanacaqla təmin edən ucuz Rusiya nefti alan ölkələri (Çin, Hindistan və Braziliya) cəzalandırmağa imkan verəcək”.
Safura Bənnayeva
Globalinfo.az