Tanker Marinera

Britaniya ABŞ-a “Marinera” adlı Rusiya tankerinin ələ keçirilməsi əməliyyatında dəstək verib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Britaniya “Marinera”nın izlənməsi üçün kəşfiyyat təyyarələrini işə salıb və ABŞ Hərbi Hava Qüvvələrinə öz aviabazalarından istifadə imkanı yaradıb.

Bu arada Rusiya Nəqliyyat Nazirliyi tankerin ələ keçirilməsinə münasibət bildirib.

Nazirlik BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ Konvensiyasını xatırladıb və bildirib ki, başqa bir dövlətin bayrağı altında qanuni şəkildə qeydiyyatdan keçən gəmilərə qarşı güc tətbiqi yolverilməzdir.  Qurum həmçinin xatırladıb ki, “Marinera” gəmisinə Rusiya dövlət bayrağı altında üzməyə icazə verilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: