foto 0

Yanvarın 5-i Salyanda baş vermiş ağır qəzada həlak olan 3 nəfərin fotoları yayılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən faciəvi şəkildə həlak olan sürücü 32 yaşlı Coşqun Məmmədov, sərnişinləri – 60 yaşlı Vüqar İmanov və onun 36 yaşlı oğlu Tərlanın fotosunu təqdim edir:

Qeyd edək ki, hadisə vaxtı taksi sürücüsü, Sabirabad rayonunun Muğangəncəli kənd sakini Coşqun Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobil eynimarkalı digər maşınla toqquşub.

Bildirilib ki, C.Məmmədov Moskvada yaşayan və Yeni il münasibətilə kəndə gəlmiş Vüqar İmanovu geridönüş üçün Bakı aeroportuna aparırmış. Həmin vaxt Vüqarın oğlu Tərlan İmanov da onları müşayiət edirmiş.

T.İmanov Sabirabadın Çiçəkli kənd orta məktəbində müəllim işləyirmiş.

a2fdf4d2 05fb 483a b4f7 e5bcb0b83e89

Vüqar İmanov

3703ba37 1e36 49f8 a7c6 66a7255c71b1

Tərlan İmanov

474cafc5 1163 4d2c af38 37a74361591e

Coşqun Məmmədov

Paylaş: