ronaldo 0

Kriştianu Ronaldo futboldan gedəndən sonra Portuqaliyada 30 milyon funt sterlinq (30,4 milyon avro) dəyərində malikanəyə köçə bilər.

Globalinfo.az bildirir ki, Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Lissabondan 48 kilometr məsafədə yerləşən eksklüziv sahil kurortunda lüks bir malikanədə tikinti işləri başa çatıb. Futbolçunun evi ölkədəki ən böyük və ən bahalı evlərdən biridir. Buraya onun 12 milyon funt sterlinq (13,8 milyon avro) dəyərində avtomobil kolleksiyası üçün yeraltı dayanacaq daxildir.

5056d203348509d68718450c23e6a

Səkkiz yataq otaqlı malikanənin tikintisi üç il çəkib. “Əl-Nəsr” hücumçusunun futbolçu karyerasını bitirdikdən sonra bura köçəcəyi gözlənilir.

Malikanədə qonaqların yuxarıda kimin üzdüyünü görə bilməsi üçün sualtı keçidi olan nəhəng şüşə hovuz var. Layihədə həmçinin ağıllı istilik sistemi, idman zalı, qapalı və açıq hovuzlar, masaj otağı və kinoteatr da mövcuddur.

d4058fc6b46168dd41bd67498eee0

Kriştianunun beş uşağının oyun meydançasına çıxışı var və o, nişanlısı Corcina ilə birlikdə özəl çimərliklərində istirahət edə bilərlər. Malikanədə həmçinin cütlük üçün xüsusi olaraq hazırlanmış qızıl kranlar, italyan mərməri və hətta Louis Vuitton divar rəsmi də var.

Ronaldonun daha yüksək təhlükəsizlik təmin etmək üçün yeni evinin yaxınlığında qolf meydançası almağa çalışdığı, lakin təklifinin rədd edildiyi deyilir.

Paylaş: