photo 2025 11 07 10 35 29 1

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayev oğluna Dubayda toy edib.

Globalinfo.az xəbər verir ki, “Yeni Sabah“ın əldə etdiyi məlumata görə, Şahin Günel adlı qızla ailə həyatı qurub. Mərasim Dubayın məşhur “Ritz-Carlton” hotelində baş tutub.

Toyda Azərbaycanın tanınmış simaları da iştirak edib. Aparıcı Nanə Ağamalıyeva mərasimi idarə edib, Xalq artisti Aygün Kazımova isə çıxışı ilə qonaqları sevindirib. İddiaya görə, toyda iştirak üçün ifaçıya 100 min AZN ödənilib.

Möhtəşəm atəşfəşanlığın və digər qonorarlı iştirakçıların da olduğu təmtəraqlı toyun dəyərinin milyon manat civarında olduğu təxmin edilir.

Globalinfo.az bildirir ki, deputatın qardaşı Hasil Nurullayev iş adamıdır. Onun böyük maddi imkanlarının olduğu deyilir.

Paylaş: