sry

Hələbdə Suriya ordusu və SDQ arasında toqquşmalarda ölənlərin sayı 4 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, Suriya ordusu SDQ-nin hücumlarında bir əsgər və iki mülki şəxsin həlak olduğunu bildirib.

    SDQ isə Suriya ordusunun hücumları nəticəsində bir mülki şəxsin öldüyünü və 17 nəfərin yaralandığını bildirir.

    Hər iki tərəf bir-birini ilk hücuma başlamaqda günahlandırır.

    X X X

    Suriya ordusunun hərbçiləri və Suriya Demokratik Qüvvələri arasında silahlı toqquşma baş verib.

    Globalinfo.az APA-ya istinadən xəbər verir ki, toqquşma nəticəsində 4 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

      Toqquşmalar Hələb şəhərində qeydə alınıb.

      Suriya Müdafiə Nazirliyi hücumu SDQ-nin həyata keçirdiyini bildirib və bunun hökumətlə silahlı qruplaşma arasında razılaşmalara zidd olduğunu vurğulayıb.

      Qeyd edək ki, SDQ ötən ilin sonuna qədər Suriya ordusuna inteqrasiya edilməli idi.

      Paylaş: