aztibb.az 0580A612 B17A 4ED1 BC1A CF2BDFD6E200 731

Fevralın 19-u saat 19 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin ölməsinə dair məlumat daxil olub.

Baş Prokurorluqdan Globalinfo.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı zərərçəkmişin əri 1982-ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən kəsici-deşici alətlə öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Əhmədov könüllü olaraq istintaqa təslim olub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

***

Fevralın 19-da saat 20 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonda evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, araşdırmalarla cinayət əməlini qadının qeyri-rəsmi münasibətdə olduğu 1982-ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

T.Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Paylaş: