yanginsondurC999n2

Ağstafada yanğın hadisəsi baş verib.

Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qırılı kəndində Sahil İsmayılova məxsus evdə qeydə alınıb.

    Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Qeyd edək ki, İsmayılovlar ailəsinin 5 üzvü bir ildə müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində ölüb. 2024-cü ilin avqust ayında 2 yaşlı Gülxar İsmayılzadə, daha sonra onun nənəsi və babası, ailənin digər azyaşlı övladı ölüb. Ötən il iyulun 8-də isə ailənin gəlini Şəfayət İsmayılova şüşə silərkən nərdivandan yıxılaraq ölüb.

    Faktla bağlı rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları əraziyə baxış keçirib. Hazırda yanğının səbəbləri araşdırılır.

    Paylaş: