“Qalatasaray” Berkan Kutlu və Yusuf Demirlə yollarını ayırıb.
Globalinfo.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Okan Buruk açıqlayıb.
Mütəxəssis hər iki futbolçunun artıq klubu tərk etdiyini bildirib.
Qeyd edək ki, Berkan Kutlu 2021-ci ildən, Yusuf Demir isə 2022-ci ildən İstanbul təmsilçisinin formasını geyinirdi.