huseyn hesenov

Azərbaycanlı bloger Hüseyn Həsənovun daha bir borcu ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarının rəsmiləri “TASS” agentliyinə bildiriblər.

“170 milyon rubl (təxminən 3 milyon manatdan çox) məbləğində vergidən yayınmaqda ittiham olunan blogerin fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı 61 min rubldan (təxminən 1 milyon 320 min) çox vergi borcu var”, – deyə qeyd olunub.

Xatırladaq ki, 2025-ci ilin may ayında blogerə qarşı çirkli pulların yuyulması maddəsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsi) ilə qiyabi ittiham irəli sürülüb.

Günel Cəlil
Globalinfo.az 

Paylaş: