Maduro 900x572 1

Venesuela Prezidenti Nikolas Maduroya qarşı narkoterrorizm, kokain idxalı və silah saxlanması ittihamları irəli sürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Baş prokuroru Pamela Bondi “X” sosial şəbəkəsində yazıb.

    Baş prokurorun sözlərinə görə, Nikolas Maduro və onun arvadı Siliya Flores Nyu-York ştatının Cənub bölgəsində ittiham olunublar.

    “Yaxın vaxtlarda onlar ABŞ hüquq-mühafizə orqanlarının tam sərtliyi ilə, ABŞ ərazisində və ABŞ məhkəmələrində üzləşəcəklər”, – o vurğulayıb.

    Paylaş: