tc 0

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadası yanvarın 3-də, saat 01:00 radələrində Nəsimi rayonunda çağırışa gedərkən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.

    “Hadisə nəticəsində təcili tibbi yardım heyətinin 3 üzvü müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Təəssüf ki, qəza zamanı motosiklet sürücüsü hadisə yerində həyatını itirib”, məlumatda deyilir.

    Qeyd olunub ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Paylaş: