1684314422 03eb58dae0e6901414ec0834e43198f7

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Priora” markalı minik avtomobili idarəetmədən çıxıb.

Nəticədə minik avtomobili yol kənarına aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: