zelenski4

“Korrupsiyaya qarşı mübarizə aparan qurumları dayandırmaq niyyətində deyilik”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Korrupsiyaya qarşı mübarizə qurumlarına gəldikdə isə, onlar etməli olduqları işi görürlər, tamamilə müstəqildirlər. Heç kim onlara müdaxilə etmir. Yoxlamalı olduqları şeyi yoxlayırlar və biz onları dayandırmırıq. Həmin şəxsin hakimiyyətə yaxın olub-olmamasının fərqi yoxdur”, – deyə o bildirib.

Zelenskinin sözlərinə görə, dövlətin korrupsiya ilə bağlı narahatlığının bir çox səbəbi var.

Qeyd edək ki, son aylar Ukraynada əsas müzakirə obyekti korrupsiya faktlarıdır və bu, Qərbin də diqqət mərkəzindədir.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: