sakro 1

Rusiyanın əsas “qanuni oğru”su hesab edilən, Şakro Molodoy ləqəbi ilə tanınan kriminal avtoritet Zaxari Kalaşov “Solsnevskilər” qruplaşmasının lideri Viktor Averinlə vida mərasimində görüntülənib.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, bu barədə telegram kanallarında məlumat yayılıb.

Məlumata görə, o, mütəşəkkil cinayətkar qrupun yaradıcısının dəfn mərasimində iştirak edib.

a05dac4f 4054 45d3 83c9 6227ef149fe5 1767084785

Paylaşımda bildirilir ki, bu yaxınlarda həbsdən azad edilən Şakro Molodoyun səhhətində ciddi problemlər var. Averin Yeni Moskva inzibati dairəsində yerləşən Pıxtinski qəbiristanlığında dəfn olunub. Vida mərasimi isə Peredelkino qəsəbəsindəki Müqəddəs İqor Çerniqovski katedralində keçirilib.

Qeyd edək ki, Viktor Averin dekabrın 20-də Moskvanın Pestovo qəsəbəsi istiqamətində yaxtanın aşması nəticəsində həlak olub. Həmin yaxtada Averinin yaxın adamı olan azərbaycanlı biznesmen 61 yaşlı Əliyev Şəmistan İsmayıl oğlu da olub. Qəza zamanı Şəmistan Əliyev xəsarət alıb.

Paylaş: