postsovet

⁠Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkovun son açıqlaması birmənalı qarşılanmayıb. O, Rusiyanın 2026-cı ildə də “neokolonializm”ə qarşı mübarizə aparacağını və rusdilli insanları harada olmalarından asılı olmayaraq müdafiə edəcəyini bildirib.

Analitiklərin fikrincə, Rusiya bununla faktiki olaraq postsovet məkanının onun “xüsusi maraq zonası” olaraq qaldığını vurğulayır.

Bu mesaj həm də Cənubi Qafqazda yeni güc balansı formalaşdığı bir vaxtda Moskvadan “oyundan çəkilmirik” siqnalıdır? Postsovet ölkələrini yeni ildə nələr gözləyir?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Rusiya Ukraynada müharibə aparmaqla yanaşı, öz gücü və maraqlarını təmin etmək istiqamətində israrlıdır və növbəti il üçün planlar qurulmaqdadır:

Rusiya 2026-cı ildə də ‘neokolonializm’ə qarşı mübarizə aparacaq. Belə bir təəssürat yaranır ki, Qərb blokunu öz maraqlarına qarşı birləşmə, postsovet məkanında baş verənləri isə şəxsi işlərinə müdaxilə sayır. Kreml bu regionu özünün xüsusi təsir dairəsi hesab edir, illərdir postsovet məkanındakı maraqlarını həyati əhəmiyyətli sayır. Moskva konkret mesaj verir ki, Ukraynada müharibənin nəticəsindən asılı olmayaraq öz regional maraqlarını davam etdirməyə çalışacaq.

ilyas huseynov 900x600 2
İlyas Hüseynov

Rusiya 2022-ci ildən bir çox regionlarda – Cənubi Qafqazdan Şərqi Avropa və Mərkəzi Asiyaya qədər – maraqlarını itirməyə başlayıb və sıxışdırılır. Belə olan halda, Kreml geri dönüşü öz maraqlarına sahib çıxmaq yönündə planlaşdırır. Əslində, Moskva rəsmilərinin açıqlamaları da bunu təsdiqləyir. İndiki mərhələdə isə Qərbə və ABŞ-a açıq xəbərdarlıq edilir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: