B55C5 3138994012

Ermənistanın gündəliyində 102-ci Rusiya hərbi bazasının çıxarılması və Rusiya ilə bütün diplomatik və hərbi əlaqələrin kəsilməsi kimi addımlar yoxdur.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bildirib.

Mirzoyan qeyd edib ki, Ermənistan hökuməti bu mövzularla bağlı hər hansı müzakirə aparmır və hazırda belə bir plan gündəlikdə yoxdur.

Xarici İşlər naziri əlavə edib ki, Ermənistanın prioriteti regional sabitliyi qorumaq və mövcud strateji tərəfdaşlarla dialoqu davam etdirməkdir.

Tahir Turan
Globalinfo.az

Paylaş: