Rusiya Dövlət Duması ABŞ-la birbaşa hərbi toqquşma ehtimalını qiymətləndirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədri və LDPR lideri Leonid Slutski danışıb.
O bildirib ki, iki ölkə arasında birbaşa münaqişə təhlükəsi artıq aradan qalxıb.
Slutskinin sözlərinə görə, Moskva və Vaşinqton arasında münasibətlər tədricən dialoq və sağlam düşüncə istiqamətində inkişaf edir.
O qeyd edib ki, Bayden administrasiyası dövründə mövcud olan gərginlik mərhələsi geridə qalıb, lakin qarşıdurma riski tamamilə yox olmayıb.
Deputat vurğulayıb ki, hazırda tərəflər arasında geniş məsələlər üzrə daha balanslı və rasional qarşılıqlı əlaqə formalaşır.
Tahir Turan
Globalinfo.az