rusiya ukrayna

Rusiya ilə Ukrayna arasında Zaporojye Atom Elektrik Stansiyası (ZNPP) yaxınlığında atəşkəs elan edildi”.

Globalinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi deyib.

O, elektrik ötürülməsini bərpa etmək üçün bu yeni müvəqqəti sükut dövrünə razılıq verdikləri üçün hər iki tərəfə təşəkkür edib. 

Qrossi yerli atəşkəs rejiminin tətbiqindən sonra Zaporojye AES-i təchiz edən elektrik xətlərində “kritik” təmir işlərinin başlandığını elan edib.

MAQATE-nin baş direktorunun sözlərinə görə, bərpa işləri bir neçə gün davam edəcək.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: