ria 9080692 tn

Kremldən Qulyaypole və Mirnoqrad şəhərlərinin ələ keçirilməsi ilə bağlı gələn xəbərlər faktlarla sübut olunmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Zaporojye vilayətinin Qulyaypole şəhərində vəziyyət gərgin olaraq qalır, lakin yaşayış məntəqələrinin müdafiə olunur. Ukrayna hərbçiləri Rusiyanın şəhərdəki piyada bölmələrinə qarşı aktiv əməliyyatları davam etdirirlər.

“Mirnoqradda da operativ vəziyyət gərgindir, lakin Rusiyanın şəhəri işğal etmək planı baş tutmayıb”, – məlumatda deyilir.

Qurumdan Donbasın Kostyantinovka şəhərinin yarısına nəzarətin ələ keçirilməsi barədə xəbərlərin də “uydurma” olduğu bildirilib. Qeyd olunur ki, Ukrayna hərbçiləri mövqelərə nəzarəti təmin edir.

“Görünür ki, Rusiyanın yalanı xarici əməkdaşlar üçün hesablanıb və sülh danışıqları ərəfəsində daha da aktivləşib. Lakin bütün bu dezinformasiya Ukraynanın mövqeyinə və diplomatik işlərin davam etdirilməsinə əngəl olmayacaq” – açıqlamada deyilir.

Xatırladaq ki, daha əvvəl Rusiya tərəfi adıçəkilən şəhərlərə nəzarəti ələ keçirdiyini bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: