C7ZABF5A4RP7ZNERHUAZPX7XPM

Kanada Ukraynaya əlavə olaraq 2,5 milyard dollar həcmində iqtisadi yardım ayırıb.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdikləri brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, bu yardım Ukraynanın Beynəlxalq Valyuta Fondundan (BVF) maliyyələşməni cəlb etməsinə imkan yaradacaq.

Öz növbəsində Zelenski Karniyə göstərilən yardıma görə təşəkkür edib və RusiyaUkrayna müharibəsinin dayandırılmasının vacibliyini qeyd edib. “Bunun üçün bizə iki şey lazımdır – Rusiyaya təzyiq və Ukraynaya kifayət qədər güclü dəstək”, – o əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: