pua

Moskvaya doğru yönələn altı pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Globalinfo.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin deyib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemləri əvvəlcə üç PUA-nı da vurub. PUA qalıqlarının düşdüyü ərazilərdə hazırda fövqəladə xidmət əməkdaşları işləyir.

Qeyd edək ki, sonuncu dəfə Moskvaya PUA hücumu 24 dekabrda qeydə alınıb. Həmin gün də Sobyanin iki dronun vurulduğunu bildirib.

Xatırladaq ki, Ukrayna qüvvələri Rusiyanın Belqorod, Bryansk, Kursk və Voronej kimi sərhədyanı vilayətlərinə mütəmadi olaraq PUA-larla hücumlar həyata keçirir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: