teyyare ela 900x601 1

Moskvanın Domodedovo hava limanından Gəncəyə uçması planlaşdırılan təyyarə reysi 3 saatdan artıq yubanıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanalları məlumat yayıb.

Ural Hava Yollarının “U62411” reysi ilə uçan sərnişinlər qeyd ediblər ki, Domodedovodan Gəncəyə 12:00 uçuşu üç saat yarım gecikib:

“Sərnişinlər deyirlər ki, uçuş hər 30 dəqiqədən bir yenidən planlaşdırılıb. Hava limanının və aviaşirkətin nümayəndələri gecikmənin səbəblərini izah etməyiblər”.

Paylaş: