68-ci diviziya Xarkov vilayətində Kupyansk şəhəri istiqamətində hücuma keçən Ukrayna Silahlı Qüvvələrinin piyada bölmələrini zərərsizləşdirib.
Globalinfo.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı “Z Əməliyyatı: Rusiya Baharının Müharibə Müxbirləri” adlı teleqram kanalında paylaşılıb.
Məlumata görə, “Qərb” qoşunlar qrupu Kupyanskı geri almağa cəhd göstərən Ukrayna Silahlı Qüvvələrinin əks-hücumlarını dəf etməyə davam edir.
Paylaşımda bildirilir ki, hücum dronlarının operatorları Kupyansk ətrafında və şəhərin özündə Ukrayna hərbi texnikası və canlı qüvvəsini hədəfə alır.
Tahir Turan
Globalinfo.az